Jurnalistlərin gözü yolda, qulağı səsdədir: <font color=red> O GÜN NƏ VAXT GƏLƏCƏK?</font>

Cəmiyyət

17.07.2019 - 16:00

Həkimlər Klinikalar SEO Xidməti

Artıq iki ildir təhvil verilməsinə baxmayaraq, hələ də binadakı mənzillərə çıxarış verilməyib

 

“Jurnalistlərin binası” kimi tanınan yaşayış kompleksinin ikinci binasının sakinləri narahatlıq içindədirlər. AYNA-ya müraciət edən jurnalist sakinlərin sözlərinə görə, artıq iki ildir təhvil verilməsinə baxmayaraq, hələ də binadakı mənzillərə çıxarış verilməyib.

 

“Bizə hər dəfə müxtəlif tarixlər verirlər ki, filan vaxtadək problem həll olunacaq. Ən son bildirildi ki, bu il 22 iyul Milli Mətbuat Günündə çıxarışlar təqdim olunacaq. Lakin bu dəfə də heç bir xəbər-ətər yoxdur. Artıq məcburuq ki, problemin həllinə göstəriş verməsi üçün ölkə Prezidentinə müraciət edək”, - deyə jurnalistlər bildiriblər.

Təranə Xudabaxşiyeva