Yoluxma sayına görə ABŞ birinci yerdədir
Son bir həftə ərzində 22 milyondan çox insan koronavirusa yoluxub, 60 minə yaxın insan dünyasını dəyişib.
AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Aşkar edilmiş infeksiyaların sayı bir həftə əvvəlki ilə demək olar ki, eyni qalıb və ölümlərin sayı 9% artıb.
Həftə ərzində ən çox yoluxma Amerika Birləşmiş Ştatlarında qeydə alınıb. Sonrakı yerlərdə Fransa, Hindistan, Almaniya gəlir.