Son 3 il ərzində cinayət törətməkdə təqsirli bilinən 80 nəfərdən çox şəxsin Azərbaycana ekstradisiyası təmin olunub.
AYNA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, bununla da cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.