İsrailin zərbələri Fələstin anklavında 143, Livanda isə 77 nəfərin ölümünə səbəb olub
Son 24 saat ərzində 200-dən çox fələstinli və livanlı İsrail qüvvələrinin Qəzza zolağının və Livanın cənubunun müxtəlif bölgələrini atəşə tutması və bombardmanlarının qurbanı olub. AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrailin zərbələri Fələstin anklavında 143, Livanda isə 77 nəfərin ölümünə səbəb olub.
Qəzza sektorunun Səhiyyə Nazirliyi daha əvvəl bildirmişdi ki, ötən il oktyabrın 7-dən Qəzzada 43 mindən çox insan həlak olub, 101,2 min nəfər isə yaralanıb. Öz növbəsində, Livan Səhiyyə Nazirliyi yanında Təcili Əməliyyatlar Mərkəzi eyni dövrdə ölkədə təxminən 2,8 min nəfərin öldüyünü, 12,8 min nəfərin isə yaralandığını bildirib.