Şolz Kiyevin Ştaynmayeri qəbul etməkdən imtinasına təəccüblənib

Dünya

13.04.2022 - 17:45

Həkimlər Klinikalar SEO Xidməti

"Ştaynmayerin səfərinə Ukrayna hakimiyyətinin imtina etməsi çaşqınlıq yaratdı"

Almaniya kansleri Olaf Şolz hələ Ukraynaya səfər etməyi planlaşdırmır. AYNA xəbər verir ki, bu barədə kansler RBB radiosunun efirində bildirib.

Bununla yanaşı, Şolz rəsmi Kiyevin Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtina etməsinə təəccübləndiyini deyib.

Şolz xatırladıb ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəyə başlamazdan əvvəl Kiyevdə səfərdə olub: “Mənimlə belə intensiv əlaqə saxlayan heç bir dövlət və ya hökumət başçısı demək olar ki, yoxdur. Ştaynmayerin səfərinə Ukrayna hakimiyyətinin imtina etməsi çaşqınlıq yaratdı. Çünki Prezidentin özü Kiyevə getmək istərdi”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əlaqələrinə görə Ştaynmayeri Kiyevdə qəbul etməkdən imtina edib. Federal Prezident aprelin 13-də digər Avropa İttifaqı ölkələrinin hökumət nümayəndə heyətləri ilə Ukraynaya səfər edəcəkdi. Lakin Zelenski buna qarşı çıxıb.

Bunun fonunda Almaniya Azad Demokrat Partiyasının (FDP) sədr müavini və parlamentin vitse-prezidenti Volfqanq Kubiki Şolzun Ukraynaya səfərinin əleyhinə çıxıb. Kubiki deyib ki, kanslerin dövlət başçısının arzuolunmaz şəxs elan edildiyi ölkəyə getdiyini təsəvvür belə edə bilməz.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş