Şolts Putinlə Ukraynadakı vəziyyəti müzakirə edib

Dünya

15.11.2024 - 23:52

Həkimlər Klinikalar SEO Xidməti

Almaniya kansleri Rusiyanı ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara çağırıb

Almaniya kansleri Olaf Şolts təxminən iki ildən sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. AYNA-nın məlumatına görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.

Onun sözlərinə görə, Almaniya kansleri söhbət zamanı Rusiyanı “ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün” Ukrayna ilə danışıqlara çağırıb.

Şolts həmçinin Almaniyanın Kiyevi “lazım olduğu müddətcə” dəstəkləməkdə “sarsılmaz qətiyyətini” bəyan edib. O, Putini münaqişəyə son qoymağa, Rusiya Federasiyasını isə nəzarət altına alınan ərazilərdən qoşunlarını çıxarmağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş