Şolts: "NATO Ukraynadakı münaqişənin tərəfi deyil və olmayacaq"

Dünya

28.02.2024 - 23:18

Həkimlər Klinikalar SEO Xidməti

Kansler: "Bütün müttəfiqlərimizlə bu barədə razılıq var"

NATO Ukraynadakı münaqişənin tərəfi deyil və olmayacaq. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “X” səhifəsində yayımlanan videoşərhdə bildirib.

"Biz Rusiyanın Ukraynaya qarşı müharibəsinin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsini istəmirik. Bütün müttəfiqlərimizlə bu barədə razılıq var", - Şolts vurğulayıb.

Hökumət başçısı qeyd edib ki, Almaniya heç bir müharibədə iştirak etməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş