Soçidən Bakıya uçuşlar başlayır

Xəbərlər

05.05.2022 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

“Azimut” həftənin bazar ertəsi və cümə günləri Bakıya uçuşlar həyata keçirməyə başlayacaq

Rusiyanın “Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu ilə uçuşlara başlayacaq. AYNA xəbər verir ki, bu barədə şirkətin Mətbuat Xidməti məlumat yayıb.

“Azimut” mayın 9-dan Rusiyanın Krasnodar vilayətinin Soçi şəhərindən həftənin bazar ertəsi və cümə günləri Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

Təyyarələr yerli vaxtla saat 01:00-da Soçidən yola düşərək 03:50-də Azərbaycanın paytaxtına enəcək. Soçiyə yollanan sərnişinlər Bakıdan saat 04:20-də qalxan təyyarə ilə 05:20-də Soçiyə çatacaqlar.

Şirkət iyun ayından uçuşların sayını artırmağı planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş