“SOCAR Türkiyə”nin fəaliyyəti: şirkət Türkiyənin iqtisadi həyatında hansı rolu oynayır?

İqtisadiyyat

12.05.2023 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Çoxşaxəli fəaliyyətin hesabatı: “Petkim” və STAR zavodları Türkiyə bazarının yanacağa olan tələbatının 25 faizini təmin edir

Türkiyənin İzmir şəhərində, Əliağada “SOCAR Türkiyə” rəhbərliyi mətbuat konfransı keçiriblər. AYNA xəbər verir ki, tədbirdə “SOCAR Türkiyə”nin qardaş ölkədəki fəaliyyəti haqqında ətraflı məlumat verilib.  “SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru vəzifəsini icra edən Elçin İbadov deyib ki, müasir dövrdə sərmayə yatırılması o qədər də çətin məsələ deyil: “İstənilən biznes qrupu səmərəli hesab etdiyi sahəyə sərmayə yatıra bilər. Lakin bu sərmayənin nə qədər səmərəli və gəlir gətirən olacağını hesablayıb düzgün qərarlar vermək olduqca çətindir. “SOCAR Türkiyə” şirkəti bu baxımdan çox uğurlu seçim edərək Türkiyənin Əliağa bölgəsinə sərmayə yatıraraq biznesini qazanclı etməyi bacardı”.

İbadov vurğulayıb ki, SOCAR 2008-ci ildə Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim”in 51 faiz səhmini alaraq, qardaş ölkədəki fəaliyyətlərinə başlayıb: ““SOCAR Türkiyə” qrupuna daxil olan şirkətlərin fəaliyyət sahəsinə xam neft və təbii qazın idxalı, topdan və pərakəndə satışı, təbii qazın paylanması, neft-kimya məhsullarının istehsalı və satışı daxildir”.

Qeyd edək ki, “SOCAR Türkiyə” 2008-ci ildən etibarən biznes tərəfdaşları ilə birgə Türkiyə iqtisadiyyatına ümumilikdə 18 milyard ABŞ dolları həcmində sərmayə yatırıb. Qrupun “Petkim”, “STAR Neft Emal Zavodu”, “SOCAR Terminal”, “SOCAR Depolama” və “Petkim RES” (Külək Elektrik Stansiyası) şirkətləri İzmirin Əliağa bölgəsində yerləşir. “TANAP boru kəməri”, “Bursagaz”, “Kayserigaz”, “Enervis” və “SOCAR Enerji Ticaret” şirkətləri isə təbii qazın nəqli və paylanması üzrə ixtisaslaşıb. Bundan əlavə, yanacaqdoldurma məntəqələrinin fəaliyyəti ilə məşğul olan “SOCAR Enerji Ticaret”, rabitə və telekommunikasiya şirkətlərindən “Millenicom” və “SOCAR Fiber”, eləcə də inşaat şirkəti “SCR Gayrimenkul” “SOCAR Türkiyə”nin portfelində mühüm yer tutur.

Neftin emalı, neft-kimya məhsullarının istehsalı, xam neft və təbii qazın idxalı, saxlanması, paylanması və satışı, eləcə də logistika sahəsində böyük nailiyyətlər qazanan “SOCAR Türkiyə” qardaş ölkənin ən böyük sənaye holdinqinə çevrilib. Hazırda o, Türkiyənin ən böyük xarici investorudur. Qrupun Türkiyədə birbaşa yaratdığı məşğulluq 5 min 300 nəfər, podratçılar ilə birlikdə isə 10 min nəfərdən çoxdur. “SOCAR Türkiyə” qrupu şirkətləri hər il Türkiyənin cari kəsirinin təqribən 2 milyard ABŞ dolları həcmində azalmasına töhfə verir.

 ““SOCAR Türkiyə” Türkiyədə rəqəmsallaşmaya 71 milyon dollar sərmayə yatırıb. Qlobal iqtisadiyyatda rəqəmsal tətbiqlər olduqca səmərəlidir. Şirkətin qurduğu internet provayderi idarəetmədə mühüm amillərdən biridir. “SOCAR Türkiyə” şirkətlər qrupuna daxil olan “SOCAR-Fiber” İzmir və Əliağa bölgəsində fəaliyyət göstərir, ev və ofisləri sürətli internetlə təmin edir. Şirkət əməkdaşların ilk növbədə informasiya texnologiyalarını mənimsəmələrinə diqqətlə yanaşır. Əməkdaşların yeni ideyaları da qəbul olunur və tətbiqi mümkün olarsa, həmin əməkdaş şirkətdə irəli çəkilir və məvacibi artırılır”, - deyə Elçin İbadov çıxışında söyləyib.

E.İbadov isə bildirib ki, ötən il “Petkim” zavodu 3 milyard dollar həcmində məhsul istehsal edib və 900 milyon dollarlıq ixrac həyata keçirib. Onun sözlərinə görə, şirkətin əsas məqsədi Türkiyənin daxili bazarını təmin etməkdən ibarət olsa da, əlavə məhsulların ixracı da həyata keçirilir: “İxrac ilə əlaqədar bəzi planlar üzərində işlər aparılır”.

““SOCAR Türkiyə” şirkətinin STAR neft emalı zavodunun istehsal etdiyi əsas məhsul dizeldən ibarətdir”. Bu sözləri isə “SOCAR Türkiyə” Neft Emalı və Neft-Kimya İş Birliyinin direktoru Anar Məmmədov deyib. Bildirib ki, Türkiyənin yanacağa olan tələbatı olduqca böyükdür və bu bazarın yalnız 12 faizini yanacaqla təmin edə bilir: ““Petkim” zavodunun da istehsal etdiyi neft və neft-kimya məhsullarına tələbat artmaqdadır. Pandemiya dövründə təyyarə mühərrikləri üçün yanacağın istehsalı azalıb ki, bu da dünya üzrə uçuşların sayının azalması ilə əlaqədar idi. Artıq bu yanacaq növünün də istehsalı artırılıb. “SOCAR Türkiyə” yerli bazarın təmin olunmasını əsas prioritet istiqamət hesab edir. Buna görə də zavodun fəaliyyət dairəsi genişləndirilib. Hazırda zavod 60 növdə məhsul istehsal edir və əməkdaşlarının sayı 2 mini ötüb”.

“STAR zavodundakı istehsal prosesində ildə 1 milyon tondan çox reformat məhsul əldə edilir ki, bu da neft-kimya sənayesi üçün dəyərli xammaldır. Lakin Türkiyədə bu məhsulun bazarı yoxdur. Reformat məhsullara Amerika və Asiya ölkələrində tələbat var və bu məhsulu gələcəkdə ixrac etmək planlaşdırılır. Reformat kimi xam maldan neft-kimya sənayesində benzol və digər faydalı məhsulların istehsalında istifadə olunur”, - deyə A.Məmmədov əlavə edib.

“SOCAR Türkiyə” şirkətinin neft-kimya məhsulları istehsal edən “Petkim” zavodunun illik istehsal gücü milyon tondur”, - deyən A.Məmmədov bildirib ki, STAR zavodunun illik istehsal gücü isə 10 milyon tondur: “Hər iki zavodun istehsal etdiyi məhsullar Türkiyənin yanacaq bazarının yalnız 25 faizini təmin edə bilir. Güclü rəqabət şəraitində bazarın bu həcmdə təminatını təşkil etmək yüksək göstəricidir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş