SOCAR dənizdə təhlükəsizlik tədbirlərini gücləndirib

Xəbərlər

21.04.2022 - 12:45

Həkimlər Klinikalar SEO Xidməti

"Mövcud vəziyyət nəzarət altındadır”

Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. AYNA xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

“Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır”, – məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş