Sloveniyada torpaq sürüşməsi zamanı üç nəfər ölüb

Dünya

05.08.2023 - 03:35

cedabet dərman SEO Xidməti

Təbii fəlakət nəticəsində 16 minə yaxın ev işıqsız qalıb

Sloveniyada torpaq sürüşməsi olub. AYNA xəbər verir ki, bu barədə STA agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Hadisə nəticəsində azı 3 nəfər ölüb. Məlumata görə, ölənlərdən ikisi Niderland vətəndaşıdır. 16 minə yaxın ev işıqsız qalıb.

Bundan əlavə, Sloveniya Mülki Müdafiə Administrasiyasının məlumatına görə, bəzi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılıb.

Sloveniyanın baş naziri Robert Qolob baş verənləri son 30 ildə respublika ərazisində ən dəhşətli təbii fəlakət adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş