Şimali Kiprin Prezidenti Azərbaycana səfər edəcək

Xəbərlər

22.04.2024 - 08:52

Ersin tatar İlham Əliyevin dəvəti ilə ölkəmizə səfər edəcək

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə yaxın günlərdə Azərbaycana səfər edəcək. AYNA xəbər verir ki, bu barədə ŞKTC liderinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Ersin Tatar ölkənin Taekvondo, Karate, Cüdo, Aykido Federasiyasının 47-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib. Tədbir çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti ilə də görüş keçirilib.

Görüşdə Prezident E.Tatar ŞKTC və Azərbaycan gəncləri arasında idman sahəsində əlaqələrin əhəmiyyətini qeyd edib, həmçinin qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Müəllif: Ayna.az