Virus aşkarlanan pasiyent xəstəxanaya yerləşdirilib
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi paytaxt Ər-Riyadda meymunçiçəyi virusuna ilk yoluxma halının qeydə alındığı barədə məlumat yayıb.
AYNA SPA agentliyinə istinadən xəbər verir ki, virusa yoluxan şəxs krallığa xarici ölkədən qayıdıb.
Nazirlik bildirib ki, pasiyent xəstəxanaya yerləşdirilib və onunla təmasda olmuş şəxslərdən götürülən testlər neqativ çıxıb.