Şərti düşmənin yer hədəfləri döyüş atışları ilə məhv edildi - VİDEO

Xəbərlər

19.08.2022 - 12:14

Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlimlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlimlər keçirilib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

Helikopter ekipajları tərəfindən təlimlər zamanı qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Müəllif: Ayna.az