Sərhədi oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar

Hadisə

19.12.2022 - 04:28

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstan vətəndaşları mal-qara oğurlamaq məqsədi ilə Çeyrançöl ərazisinə gəliblər

Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar.

AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Çeyrançöl adlanan ərazidə, Gürcüstan-Azərbaycan sərhədində qeydə alınıb.

Həmin ərazidə çobanlıqla məşğul olan 1969-cu il təvəllüdlü İsmayılov Alı İsmayıl oğlu bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən şəxslərin Gürcüstan vətəndaşları olduğu bildirilir. Belə ki, onlar sərhədi qanunsuz keçərək mal-qara oğurlamaq məqsədi ilə Çeyrançöl ərazisinə gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş