Sərhəd pozucuları saxlanılıb

Xəbərlər

06.04.2023 - 12:34

cedabet dərman SEO Xidməti

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Aprelin 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1 000 ədəd “Metadon M-40” psixotrop həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, aprel ayının 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Nepal Federativ Demokratik Respublikası və iki nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıblar.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş