Sergey Şoyqu müharibənin nə qədər davam edəcəyini açıqladı

Dünya

01.03.2022 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

"Xüsusi əməliyyat qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcək"

"Rusiyanın Ukrayna ərazisində xüsusi əməliyyatı qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcək". AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin qruplaşması qarşıya qoyulan məqsədə çatana qədər xüsusi hərbi əməliyyat keçirməyə davam edəcək", - nazir konfrans zamanı vurğulayıb.

Şoyqu qeyd edib ki, Rusiya Ordusu Ukrayna ərazisini işğal etməyə çalışmır: "Hərbçilərimiz mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür".

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş