Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

Xəbərlər

19.03.2024 - 23:35

Qəza nəticəsində iki nəfər xəsarət alıb

Şəmkir şəhərində restoranların birinin qarşısında yol-nəqliyyat hadisəsi olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü K.Hüseynov, 2002-ci il təvəllüdlü H.Hacıyev və 2003-cü il təvəllüdlü M.Səfərov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az