Şəmkirdə yol qəzası: 2 nəfər xəsarət alıb

Hadisə

16.01.2022 - 19:32

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Qaracəmirli kənd ərazisində qeydə alınıb.

Qəza nəticəsində 16 yaşlı N.Aslanov və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar. Hadisənin səbəbi araşdırılır.

Müəllif: Ayna.az