Şəmkirdə minik avtomobili kombaynla toqquşub, xəsarət alan var

Xəbərlər

02.07.2024 - 01:25

Həkimlər Klinikalar SEO Xidməti

Qəzada xəsarət alan şəxs xəstəxanaya aparılıb

Şəmkirdə minik avtomobili kombaynla toqquşub, xəsarət alan var. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində minik avtomobilində olan, 1974-cü il təvəllüdlü A.İsmayılov xəsarət alıb.

Zərərçəkən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az