Şəmkirdə minik avtomobili aşıb, sürücü ölüb

Hadisə

11.02.2024 - 04:08

"Opel" markalı minik maşını yoldan çıxaraq aşıb

Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, 2004-cü il təvəllüdlü Elvin Bayramov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az