Azyaşlı həşəratlar üçün istifadə olunan dərman qəbul edib
Aprelin 28-də saat 21:20 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 2023-cü il təvəllüdlü ( kişi cinsi) azyaşlı ağır vəziyyətdə hospitalizasiya olunub.
Bu barədə AYNA.AZ-a TƏBİB-dən bildirilib.
"Valideynlərinin dediyinə görə həşəratlar üçün istifadə olunan dərman qəbul edib. Zəruri tibbi xidmətlərin göstərilməsinə baxmayaraq, 21: 45-də ölüm faktı qeydə alınıb", məlumatda deyilir.