Şəkidə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Xəbərlər

14.05.2023 - 14:07

cedabet dərman SEO Xidməti

Katıf Gülməmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

Şəkidə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Şəki Rayon Prokurorluğundan AYNA-ya bildirilib ki, mayın 13-də Şəki rayon sakini, 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1998-ci il təvəllüdlü Katıf Gülməmmədlinin mayın 5-də aralarında yaranmış mübahisə zamanı atası İsmayıl Gülüyevi boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı mayın 14-də Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Katıf Gülməmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş