Şəkidə 53 yaşlı qadın və 32 yaşlı kişi itkin düşüb - FOTO

Xəbərlər

11.10.2023 - 13:44

cedabet dərman SEO Xidməti

Biri iki aydır, digəri 4 gündür yoxa çıxıb

Şəkidə 53 yaşlı qadın və 32 yaşlı kişi itkin düşüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, Şəki şəhər sakini, 1970-ci il təvəllüdlü Əliyeva Xatirə Əhəd qızı iyulun 24-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Rayonun Orta Zəyzid kənd sakini, 1991-ci il təvəllüdlü Məsimov Tərlan Siracəddin oğlu isə oktyabrın 7-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib.

“Şəkillərdə gördüyünüz şəxsləri görənlərdən və ya barələrində məlumatı olanlardan DİN-in "102”Xidməti-Zəng Mərkəzinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş