Şəhriyar Məmmədyarovdan heç-heçə

İdman

22.01.2022 - 01:52

Həkimlər Klinikalar SEO Xidməti

Şahmatçımız 16-cı gedişdə heç-heçəyə razılaşıb

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin altıncı turunun oyunları keçirilib.

AYNA xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda isveçli Nils Qradelius ilə görüşüb.

Ağ fiqurlarla oynayan şahmatçımız 16-cı gedişdə heç-heçəyə razılaşıb.

Altı turdan sonra Ş.Məmmədyarov 4 xalla hindistanlı Vidit Santoş Qucrati ilə ilk iki pilləni bölüşür.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş