Müraciətlərin göndərilməsi bu gündən başlayıb
2022-ci il üçün doktoranturaya və dissertanturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Səhiyyə Nazirliyindən AYNA-ya verilən məlumata görə, doktoranturaya və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin //portal.edu.az sisteminə daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, portal vasitəsilə müraciətlərin göndərilməsi bu gündən başlayıb.