Şəhid Suvacal kənd qəbiristanlığında torpağa tapşırılıb
Sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından açılan atəş nəticəsində şəhid olan hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov Qusar rayonunda dəfn olunub.
AYNA xəbər verir ki, şəhid Suvacal kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimayyəti iştirak ediblər.
Şəhidin tabutuna sarılmış üçrəngli Azərbaycan Bayrağı şəhid V.Orucovun atasına təqdim olunub.