Səhhəti pisləşən jurnalist həkimlərin müşahidəsi altındadır

Xəbərlər

19.05.2022 - 15:14

Həkimlər Klinikalar SEO Xidməti

Qadir İbrahimlinin hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir 

"Dəyərli həmkarımız Qadir İbrahimlinin vəziyyəti diqqətimizdədir". AYNA xəbər verir ki, bu sözləri MEDİA-nın şöbə müdiri Natiq Məmmədli deyib. 

Agentlik rəsmisi bildirib ki, jurnalistin yerləşdirildiyi Respublika Klinik Tibb Mərkəzinin rəhbərliyi və həkimləri ilə dərhal əlaqə saxlanılıb: "Daim əlaqədəyik. Allahdan dəyərli dostumuza şəfa diləyirik!". 

TƏBİB-dən isə bildirilib ki, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.

Xatırladaq ki, "Güzəran" Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri, jurnalist Qadir İbrahimlinin səhhətində problem yaranıb. Jurnalist mayın 18-də xəstəxanaya yerləşdirilib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş