AYNA xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirliyin əməkdaşları Ankarada Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib. O, bu barədə məlumatı səfir “Twitter” hesabında paylaşıb.
Qeyd olunub ki, ziyarət M. Ə. Rəsulzadənin anadan olmasının 138-ci il dönümü günü baş tutub.

