“Seçkilər məsuliyyətli çərçivədə təşkil olunmuşdu” – Karasin

Siyasət

08.02.2024 - 10:56

Rusiyalı nümayəndə: “Məni təəccübləndirən hal o idi ki...”

“Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri açıq formatda və məqbul səviyyədə təşkil olunmuşdu. Beynəlxalq və yerli müşahidəçilər üçün yaxşı şərait yaradılmışdı. 9-a yaxın seçki məntəqəsini ziyarət etdik. Seçki rəqabət mühitində və alternativ əsasla keçirilirdi. İnsanlar səliqəli şəkildə öz növbəsini gözləyirdilər”.

AYNa xəbər verir ki, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin 7 fevral seçkilərinin yekunları ilə bağlı danışarkən bu açıqlamanı verib.

“Seçki prosesinin təşkilatçılarının davranışları düzgün idi, heç bir ajiotaj yaradacaq hal baş vermirdi. İnsanların üzlərində təbəssüm, gələcəklə bağlı inam vardı. Məni təəccübləndirən hal o idi ki, seçki geniş zallarda keçirilirdi. Bu da seçki prosesinin sakit keçməsinə şərait yaradırdı. Qısaca olaraq seçkilər məsuliyyətli çərçivədə təşkil olunmuşdu”, - deyə o bildirib.

Müəllif: Ayna.az