Səbailin mərkəzində su olmayacaq

Xəbərlər

03.10.2023 - 12:11

Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır

Bu gün Bakının Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Müəllif: Ayna.az