“Səbail” argentinalı futbolçu ilə müqavilə bağlayıb

İdman

30.06.2022 - 20:52

Bakı təmsilçisi argentinalı yarımmüdafiəçi Franko Mazureki transfer edib

Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AYNA xəbər verir ki, Bakı təmsilçisi argentinalı yarımmüdafiəçi Franko Mazureki transfer edib.

İyirmi doqquz yaşlı vingerlə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış edən təcrübəli oyunçu ölkəsində “Boka Xuniors”, “Oll Boyz”, Bolqarıstanda “Levski” (Sofiya) komandalarının da formasını geyinib.

Müəllif: Ayna.az