Futbol tarixinin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb

İdman

30.04.2020 - 07:58

Tarixin ən yaxşı məşqçisi adına şotlandiyalı Aleks Ferqyuson layiq görülüb

 

Futbol tarixinin 10 ən yaxşı məşqçisinin siyahısı açıqlanıb.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, “FourFourTwo”nun tərtib etdiyi cədvəldə planetin 100 mütəxəssisi yer alıb.

 

Tarixin ən yaxşı məşqçisi adına şotlandiyalı Aleks Ferqyuson layiq görülüb. Niderlandlılar Rinus Mixels 2-ci, Yohan Kroyff 3-cü olub.

 

İlk “onluq”da Bill Şenki, Pep Qvardiola, Arriqo Sakki, Mett Basbi, Elenio Errera, Ernst Happel və Valeri Lobanovski də yer alıb.

 

Qeyd edək ki, ötən il “France Football”ın açıqladığı siyahıda Mixels 1-ci, Ferqyuson 2-ci olmuşdu.

Müəllif: Ayna.az