Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Salyan rayonunun Aşağı Noxudlu kəndində ümumi sahəsi 65 kvadratmetr olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 45 kvadratmetr sahədə və ev əşyaları yanıb. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.