Sajin: “İrandakı seçkilərin nəticələri Rusiya ilə münasibətlərə təsir etməyəcək”

Dünya

01.07.2024 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

“5 iyul seçkilərinin nəticələrindən asılı olmayaraq, İranın siyasəti, xüsusən də xarici siyasəti dəyişməyəcək”

“İranda keçiriləcək prezident seçkilərinin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkianın mümkün qələbəsi Rusiya ilə münasibətlərə təsir etməyəcək”. AYNA xəbər verir ki, bu sözləri rusiyalı politoloq Vladimir Sajin “Ridus”a deyib.

“5 iyul seçkilərinin nəticələrindən asılı olmayaraq, İranın siyasəti, xüsusən də xarici siyasəti dəyişməyəcək. Amma təbii ki, Səid Cəlilinin prezidentliyi ilə Pezeşkianın prezidentliyini fərqləndirən kiçik nüanslar ola bilər”, - analitik qeyd edib.

Sajin onu da əlavə edib ki, İranın siyasəti, xüsusən də xarici siyasəti İranın ali dini lideri Ayətullah Əli Xamenei tərəfindən müəyyən edilir.

İyunun 29-da məlum olub ki, İranda prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib. Heç bir namizəd 50 faizdən çox səs toplaya bilməyib. İkinci tura islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili çıxıb. Təkrar səsvermə iyulun 5-nə təyin edilib.

Müəllif: Ayna.az

Marqara

Dünən, 22:18 Xəbərlər