Şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək

İdman

20.01.2022 - 01:45

Çempionat fevralın 19-dək davam edəcək

Kişi şahmatçılar arasında Azərbaycan çempionatı keçiriləcək. AYNA Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan şəhərində təşkil olunacaq yarış fevralın 4-də start götürəcək.

Ölkə çempionatına fevralın 19-da yekun vurulacaq.

Müəllif: Ayna.az