Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Xəbərlər

11.02.2022 - 16:33

Həkimlər Klinikalar SEO Xidməti

XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək

14 fevral saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir.

Təhsil Nazirliyindən AYNA-ya verilən xəbərə görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş