Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

Xəbərlər

22.11.2021 - 13:35

Həkimlər Klinikalar SEO Xidməti

Elektron yerdəyişmə prosesinə noyabrın 10-dan start verilib

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyi şagird yerdəyişməsi prosesinin həyata keçirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması məqsədilə xidmətlər təqdim edir. Paytaxtda yerləşən ümumi təhsil müəssisələri ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzi - 146-0, digər rayon və şəhərlərdə yerləşən ümumi təhsil müəssisələri üçün isə Təhsil Nazirliyinin Çağrı Mərkəzi - 146-1 vətəndaşların xidmətindədir.

Eyni zamanda, Təhsil Nazirliyinin rəsmi saytının “Virtual bələdçi” xidmətinə, vatsap nömrəsinə (+ 994 51 206 78 48), www.sy.edu.az portalının əks əlaqə bölməsinə müraciət etmək olar.

Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 10-dan start verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş