Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Xəbərlər

02.09.2022 - 18:31

Həkimlər Klinikalar SEO Xidməti

Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabrdan dayandırılacaq 

5 sentyabr saat 18:00-da 2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi üçün ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılacaq. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Bildirilib ki, valideynlər 9 sentyabr 2022-ci il saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş