Şagirdlərin elektron yerdəyişməsi dayandırılıb

Xəbərlər

31.05.2022 - 18:46

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil Nazirliyi məlumat yayıb

31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılıb.

Təhsil Nazirliyindən AYNA-ya verilən xəbərə görə, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlayacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş