Şabranda seldə boğulan daha bir nəfərin meyiti tapılıb

Xəbərlər

17.04.2025 - 22:16

Həkimlər Klinikalar SEO Xidməti

Meyit Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb

Şabranda çayda daha bir nəfərin meyiti tapılıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayev olduğu bildirilir.

Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Onun seldə boğulduğu bildirilir. Fakt araşdırılır.

Məlumata görə, ötən gün seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş