Yaralının vəziyyəti ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib
Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, "KamAZ" markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəmov Rüstəm Ağacan oğlunun üzərindən keçib.
Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Onun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.