Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub
Şabran rayon sakini, 2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, S.Qasımovun boyu 160 santimetrdir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub.
Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.