Sabirabadda yol qəzası baş verib, xəsarət alanlar var

Hadisə

04.04.2024 - 01:51

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Saatlı rayonunun Əlisoltanlı kənd sakinləri, 1953-cü il təvəllüdlü Nəzərov Əli Əliqulu oğlu və 1970-ci il təvəllüdlü İslamov Məhərrəm Təhməz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az