Sabirabadda 45 yaşlı kişinin meyiti aşkarlanıb

Xəbərlər

22.04.2024 - 07:48

Telman Allahverdiyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil

Sabirabadda 45 yaşlı kişinin meyiti aşkar edilib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Həmidov küçəsi, dalan 5, ev 6-da qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Telman Məhər oğlu Allahverdiyevin meyiti hamam otağında aşkarlanıb.

Meyit Məhkəmə Tibbi-Ekspertiza və patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

T.Allahverdiyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az