Sabahın havası: yağış yağacaq, dolu düşəcək

Xəbərlər

29.06.2024 - 15:02

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 32, bölgələrdə 31 dərəcə isti gözlənilir

Azərbaycanda iyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Gecə 20-23°, gündüz 27-32° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 18-22°, gündüz 26-31° isti, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacağı bildirilir.

Müəllif: Ayna.az