Bakıda 12, bölgələrdə 14 dərəcə isti gözlənilir
Aprelin 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % olacaq.
Rayonlarda bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 5-9° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.