Sabahın havası: Bakıda 6 dərəcə isti olacaq

Xəbərlər

26.01.2022 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə ərazisində havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır

Azərbaycanda yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, axşam bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-3°, gündüz 4-6° isti olacağı bildirilir.

Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Rayonlarda havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3°şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-6° isti olacağı ehtimal edilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 27-si gündüzdən 28-i gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi, yağıntılı və soyuq diskomfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş