Sabahın hava proqnozu: Bakıda 26 dərəcə isti olacaq

Xəbərlər

26.09.2022 - 14:09

cedabet dərman SEO Xidməti

Rayonlarda əsasən yağmursuz hava olacaq

Sentyabrın 27-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorlogiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti, Bakıda gecə 15-17° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş