Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

17.06.2024 - 13:34

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 37 dərəcə isti gözlənilir

Azərbaycanda iyunun 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

Müəllif: Ayna.az